“Hamı günahkardır” – Zidan məğlubiyyəti şərh etdi

“PSJ bizdən hər baxımdan üstün idi. Qapımızda təhlükəli epizodlar yaratdılar. Məni ən çox oyunumuzun keyfiyyəti və sürətimizin çatmamağı narahat edir”.

Sozcu.az-ın məlumatına görə, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ-yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“Biz təhlükəli epizodlar yarada bilmədik və fərdi qarşıdurmalarda uduzduq. PSJ kimi rəqiblə oynadığınız zaman bu səhvlər baha başa gəlir. Rəqib bütün mövqelərdə yaxşı idi. Onlar qələbəyə layiqdirlər” – deyə o bildirib.

Fransalı mütəxəssisin sözlərinə görə, məğlubiyyətlə barışmaq çətindir: “Kimisə hədəf seçmək istəmirəm.Qazandığımız zaman bu, hər kəsin zəfəri olur. Uduzdumuz vaxt isə hamı günahkardır. Bazar günü növbəti matçımız var. Ona köklənməliyik”.(Qol.az)