İlham Əliyevin ali vəzifə verdiyi şəxs haqda maraqlı məlumatlar

Xəbər verdiyimiz kimi, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin sədri Samir Nuriyev Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib.
“Yeni Sabah”ın məlumatına görə, Samir Rafiq oğlu Nuriyev 9 mart 1975-ci ildə Bakı şəhərində olub.

1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

1996-2003-cü illərdə müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, o cümlədən 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində (hazırda İqtisadiyyat Nazirliyi) Sahibkarlığın inkişafı departamentinin direktoru, 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə həmin İdarənin rəisi, 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru, 2018-ci ilin fevralında Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri, 2018-ci ilin aprelində isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilmişdi.

Sozcu.az

Facebook Comments