“Hakimiyyət özünü elə aparır ki, elə bil rüşvət verənlər Mozambikin dövlət adamlarıdır” – Bəybala Əbil

126

Alman deputat Karin Strenz Azərbaycandan əldə etdiyi əlavə gəlir haqda Budestaqa (Almaniya Parlamenti) vaxtında məlumat vermədiyi üçün 20.000 avro civarında cərimə ödəməlidir. Bu haqda Almaniyanın dövlət teleradio kanalı “Deutsche Welle” (Alman Dalğası) məlumat yayıb. Kanal bildirir ki, avtoritar ölkə olan Azərbaycan uzun müddətdir ki, qərbi avropanı pulla əla almaqda şübhəli bilinir.

Detsche Welle” qeyd edir ki, xanım Strenz bir neçə ildir avtoritar üsulla idarə olunan Azərbaycanla sıx əlaqədədir. O, pulları Xəzər dənizi sahilində yerləşən bu keçmiş sovet respublikasından alman məsləhət firmasının əli ilə alıb.

Məsələyə münasibət bildirən KXCP Ali Məclisinin sədri Bəybala Əbil bildirib ki, hakimiyyət özünü elə aparır ki, Elə bil rüşvət verənlər Mozambikin dövlət adamlarıdır:

“Avropa ölkələrinin, ABŞ-ın deputat, konqresmen, senatorlarının Azərbaycan səlahiyyətliləridən aldıqları rüşvətə görə məsuliyyətə cəlb edilməsi haqqında tez-tez xəbərlər çıxır. Gecdə olsa bu cür rüşvətxorlar öz dövlətlərində, beynəlxalq təşkilatlarda yaradılan komissiyalar tərəfindən üzə çıxarılır, cəzalandırılır.

Əcaba, niyə görəsə bu rüşvəti verən, o boyda demokratik ölkələrin, beynəlxalq təşkilatların saylı-seçməli adamlarını çirkli oyunlara cəlb edən səlahiyyətliləri haqqında Azərbaycanın dövlət orqanlarında komissiyalar yaradılmır, araşdırmalar aparılmır, əlaqədar orqanlar, dövlət səlahiyyətliləri susur. Elə bil rüşvət verənlər Mozambikin dövlət adamlarıdır. Azərbaycanı bu biabırçılıqlara sürükləyən cənablar niyə susursuz? Baş verən olaylara münasibət bildirmək, cavab vermək lazım deyilmi?”

Qetd edək ki, “Deutsche Welle” hәmçinin bildirir ki, Strenz 2015-ci ildə maraqların toqquşmasına baxmayaraq Azərbaycanda seçki müşahidəçisi olub. Azərbaycanla əlaqələrinə görə 2018-ci ilin əvvəlində onun Avropa Şurası Parlament Assembleyasına təkrar namizədli irəli sürülməyib.