“Hakimiyyət dövlət mənafeyi ilə, şəxsi maraqların qorunması arasında qalıb” – Ceyhun Nəbi

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi Sozcu.az saytına maraqlı müsahibə verib.

Ceyhun Nəbinin müsahibəsini oxucularımıza təqdim edirik:

Ceyhun bəy, bildiyiniz kimi ölkə başçısı 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu qərərdan sonra prezident İlham Əliyevin Məhəmmədəmin Rəsulzadənin məzarını ziyarət etməsi cəmiyyət tərəfindən gözlənilirdi. Ancaq bu olmadı…

Açığı bunu qeyd etmək lazımdır ki, Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı verilən qərarlar və sərancamlar lazımınca icra edilmədi. Gözləntilərimiz çox idi, amma nəticələr nə bizi, nədə ki, cəmiyyəti qane etdi. Prezidentin sərəncamını sənəd üzərindən əməli işə çevirə bilmədilər. İlk öncə onu qeyd edim ki, Rəsulzadə də daxil olmaqla cümhuriyyət qurucularının kənarda məzarını ziyarət etmək yox, həmin qurucuların nəşini Azərbaycana gətirmək lazımdır. Həmçinin Bakıda, Gəncədə, digər şəhərlərdə qurucuların xatirəsi əbədiləşdirilməlidir. Hər kəsin görə biləcəyi, ana biləcəyi, xatirələrinə ehtiram göstərə biləcəyi abidələr qoyulmalıdır. Bu yoxdursa, hələlik yaxşı nədənsə danışmağın mənası yoxdur.

Ceyhun bəy, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəetmə forması parlament üsul-idarəsi olub. Bu gün Cümhuriyyətin varisi olan müasir Azərbaycanın dövləti Prezident üsul-idarəsidir. Belə olan halda cümhuriyyətin varisi məsələsində ideoloji problem yaranmır ki?

Bu məsələ Azərbaycanda uzun illərdir mübahisə mövzusudur. Mövcud Azərbaycan, Azərbaycan Cümhuriyyətinin varisidir. Müstəqil bir dövlət olaraq, ərazi olaraq bu belədir. Sadəcə biz üsuli-idarə varisliyimizi davam etdirə bilmədik. Mövcud hakimiyyətdən əvvəlki hakimiyyətlər zamanıda prezident üsuli-idarəsi hökm sürürdü. O hakimiyyətlər zamanıda da bu məsələni köklü şəkildə ortaya qoyub, icra edə bilmədilər. Əlbəttə ki, bunun obyektiv və subyektiv səbəbləri var. Əbülfəz Elçibəyin milli hakimiyyəti zamanı bu məsələdə istəkli olan çoxlu sayda milli insanlarımız var idi, amma bəlli səbəblərdən məqsədlərinə nail ola bilmədilər. Mövcud dönəmdə bu məsələ diqqət mərkəzində olmalıdır. Biz Azərbaycan Cümhuriyyətinə varisliyimizi o zaman tam bərpa edəcəyik ki, həmin usuli-idarənidə bərpa edəcəyik. Bizim gənclər olaraq qurduğumuz Cümhuriyyət Siyasi Düşüncə Mərkəzidə bu missiyanı özü üçün ən ali amal hesab edir. Bu istiqamətdə gənclər olaraq maariflənməyi, təşkilatlanmağı və geniş şəkildə cəmiyyətdə təbliğatı birinci məqsədimiz hesab edirik.

Ceyhun bəy, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzi, Cümhuriyyət ilində hansı tədbirlər keçirib?

Biz Cümhuriyyət Siyasi Düşüncə Mərkəzini 2014-cü il 24 fevral tarixində qurmuşuq. Mərkəzimiz ölkəmizin milli maraqlarından çıxış edən, universal dəyərlərin cəmiyyətə tətbiq olunması, ölkəmizdə parlamentli respublikanın bərpası istiqamətində çalışan bir mərkəzdir. Azərbaycan Cümhuriyyətinin 100 illiyi münasibəti ilə mərkəzimiz ciddi təbliğat apara bildi. Bir sıra tədbirlərdə iştirak etdik, fikirlərimizi, istəklərimizi bölüşdük. Həmçinin ötən ilin may ayının 26-da mənim “Sovetlərlə üz-üzə” kitabımın təqdimatı oldu. Bu istiqamətdə işlərimiz davam edir. Yeni kitablar, jurnal və layihələr ilə çıxış etməyi planlaşdırırıq.

Prezident İlham Əliyev siyasi və məhkəmə-hüquq sahəsində islahatların olacağını anons edib. Son günlər dövlət başçısının xalqla birbaşa təmaslar qurması, şikayət məktublarını şəxsən özünün qəbul etməsi hakimiyyətin siyasətində müəyyən dönüşlərin olduğunu deməyə əsas verir. Sizcə İlham Əliyevin vədləri və son fəaliyyətləri demokratiya imitasiyasıdır, yoxsa hakimiyyət doğurdan da ciddi islahatlara gedəcək?

19 yanvar mitinqindən sonra ölkəmizdə islahat aurası yaradılmağa başladı. İqtidar düşərgəsi buna islahat, müxalif camiyyə isə islahat şousu adı verdi. Mitinq Azərbaycan hakimiyyəti üçün nəbz yoxlamasıdir. 19 yanvar mitinqindən sonra hakimiyyət öz siyasətində korrektələr etməyə başladı. Əsasən pensiya sahəsində, sosial və siyasi sahələrdə islahatlar apardığını cəmiyyətə çatdırmaq xətti götürdü. Prezident yanında Strateji Araşdırmalar Mərkəzini ləğv edib, Sosial Araşdırmalar Mərkəzi yaratdılar. Ölkədə vəziyyətin ağır olduğunu anlamaq üçün Sosial Araşdırmalar Mərkəzi yaratmağa ehtiyac yox idi. Vəziyyətin ağır olduğu və onun həlli yolları bəllidir. Sadəcə iş yerləri açmaq, işsizləri işlə təmin etmək birinci çıxış yolu idi. Siyasi sahədə islahat adı verdikləri, ənənəvi ampulada idi. Bütün siyasi məhbuslar ala-yarimçiq islahatdan, bu amnistiyadan bir sıra ciddi siyasi fiqurlar yararlana bilmədi. Cəmiyyətin bir hissəsi bu addım xoş qarşılasa da, cəmiyyətin narazı kəsimi bu addımdan dahada qıcıqlandı. Çünki hərtərəfli əhəmiyyət kəsb etmirdi. Ümumiyyətcə bir sıra yaxşı tərəfləri olsada, bu islahat dedikləri işin Azərbaycan cəmiyyətinə müsbət nəsə verəcəyi haqqında indidən fikir səsləndirmək doğru deyil. Kiçik zaman ərzində islahatın nəticələri bir mənzərə kimi gözümüzün önündə canlanacaq

Son zamanlar Azərbaycan üzərində ciddi proseslər baş verdi. Rusiya mətbuatında Azərbaycan hakimiyyətinin yüksək ranqlı məmurların əmlakları barədə informasiya verildi. İranın prezidenti Həsən Ruhaninin Azərbaycana torpaq iddiasında bulundu, ABŞ dövlət Departamentinin Azərbaycan hakimiyyəti haqqında qətnaməsi və Almaniya parlamentinin bəzi deputatlarının Azərbaycan hakimiyyəti ilə iş birliyinin ortaya çıxması ciddi bir proseslərin astanasında olduğumuzdan xəbər verir. Sizcə nə baş verir?

Bu gün Azərbaycanda daxil olmaqla bütün dünyada yeniliklərə, dəyişiklərə yeni imkanlar yaranır. Təbii olaraq bunu qeyd etmək lazımdır ki, bu qarşısıalınmaz prosesdir. Qeyri-demokratik rejimlər yeniliklərdən çox qorxurlar, bu səbəbdən yeni sədlər yaradırlar, birləşirlər, dahada bir-birinə yaxınlaşırlar. Azərbaycan bu məsələlərdən yararlanmağa çalışır , amma qıraqda qalaraq. Azərbaycanın qarşısına şərt qoyurlar, ya bizimlə ol, yada ki, üzərinə gələcəyik. Rusiya, İranın Azərbaycana ənənəvi qorxuducu yanaşması movcud olub, indi bu dahada aktivləşib. Nələrəsə razılaşdirmağa çalışırlar. Hakimiyyət dövlət mənafeyi ilə, şəxsi maraqların qorunması arasında qalıb. Bunun isə hər ikisini birdən qorumaq çox böyük siyasi məharət kəsb edir. Hansı ki, elə bir zamandır ki, geopolitik münasibətlərin gərginləşdiyi, konkret cavabların gözləndiyi bir məqamda. Hər iki oreantasiya İlham Əliyevdən konkret cavab gözləyir. Bizimlə ol kəlməsinə İlham Əliyev daha ehtiyatlı bir cavab axtarışındadır. Dövlət Departamentinin və Almaniyadakı siyasi qalmaqalın kökündə Qərb oreantasiyasının Azərbaycan hakimiyyətinə siyasi təyiziqləri dayanır. Azərbaycanda maraqların təminatından daha bir üst qərar gözləntisi var, bizimlə ol kəlməsinə – sizinləyəm cavabı. Hələlik İlham Əliyev heç bir oreantasiya qısa və konkret olaraq sizinləyəm demir. Bunun nə qədər davam edəcəyi haqqında söz demək olmur. Amma bunun nəticəsi Azərbaycanı ağır bir stiuasiya ilə üz-üzə qoya bilər.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev xalqa müraciətində müəyyən səlahiyyətləri saxlamaqla prezidentlik postundan istefa etdiyi bəyan edib. Bununla belə Nazarbayev Respublikanın Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacaq və “Nur Otan” partiyasına rəhbərlik etməyi davam etdirəcək. Bununla bağlı sizin fikirlərinizi bilmək maraqlıdır.

Nazarbayevi bir türk kimi həmişə mənə sevdirməyə çalışıblar. Amma mənim ona heç bir zaman simpatiyam olmayıb. Uzun zaman iqtidarda qalaraq, sonrada dövləti özünün ailə mülkünə çevirən birisi demokratik ənənələri ayaqlar altına atır, Qazaxıstan türklərinin özgur iradəsini görməməzlikdən gəlmək anlamı ifadə edir. İnsan olmağı bacarmayın, türk olmasına ehtiyac yoxdur. Öncə insan ol, sonra türk. Türkü əzəmətli edən insanlığı, insanpərvərliyi, insani dəyərlərə sayğısıdir. Nazarbayev nə etdi, ilk öncə insanı, sonra öz millətini ayaqlar altına atdı. Ölkənin bir şəhərinə öz adını verdi, Qazaxistani ailə dövlətinə, mülkünə çevirdi. Yeniləşən dünyaya zidd bir hərəkət, addım idi. Həmişə özünə yaratmağa çalışdığı müsbət imici, bir gündə məhv etdi.

Qarabağ ətrafında baş verən proseslər. Paşinyanın ermənistanın təhlükəsizlik şurasının iclasını Qarabağda keçirərək, Azərbaycan əlehinə kəskin bəyanatlar səsləndirməsini şərh edən bəzi analitiklər, bu il Qarabağ uğrunda savaşın başlanması ili olacağını deyirlər. Siz Azərbaycan hakimiyyətindən müharibə edərək, torpaqları azad etməyi gözləyirsinizmi?

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra fərqli formatda Paşiniyan rejimi Azərbaycana qarşı münasibət sərgiləməyə cəhd edir. Sarkisyan rejimi birmənalı şəkildə Azərbaycana sərt movqey sərgiləyirdi. Paşiniyan isə bir gün müharibə, bir gün isə sülh çağırışı edir. Əlbəttə ki, muharibə daxili auditoriya hesablanmiş addımdır. Sülh isə Avropada özlərinə müsbət imic yaratmaq üçün həmişə ki, gedişləridir. Onların hərbi və iqtisadi gücü indiki zamanda müharibə etmək gücundə deyil. Azərbaycan tərəfi haqqında bunu söyləmək olmaz. Amma Azərbaycan hakimiyyətində müharibə etmək üçün siyasi iradə yoxdur. Hakimiyyət bu istiqamətdə ciddi qərarlar qəbul edəcək gücdə özünü hesab etmir. Bu hakimiyyətin itirilməsi anlamına gəlir. Hakimiyyətin itirilməsi qoruxusu, torpaqların geri qaytarılması işində birinci dərəcəli Maniyədir. Azərbaycanda müharibə qərarını sadəcə xalqın iradəsi ilə birlikdə demokratik hakimiyyət verə bilər ki, bu hakimiyyət haqqında da biz bunu deyə bilmərik.

Elşən Əlisoy

Sozcu.az