Hakim musiqiçidən 1 milyon istədi

Amerikalı musiqiçi və prodüser Ar Kelli ilə bağlı məhkəmə qərarı verilib.

Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, seksual təcavüz etdiyi üçün polis nəzarətinə alınan musiqiçinin 1 milyon dollar qarşılığında zaminə çıxmasına icazə verilib.

Bu qədər yüksək məbləğ tələb edilməsinə səbəb isə məhkəmə Kellidən zərər verdiyi hər şəxsə 250 min dollar ödəməsini tələb etməsidir. 100 min dollar ödəyərək azadlığa çıxmağa çalışan musiqiçinin arzusu baş tutmayıb.

Vəkili Arın heç bir günahı olmadığını iddia edib. O, musiqiçinin təcavüz üçün nəyəsə ehtiyac duymadığını bildirib.(Axşam.az)