Hadisə Kaanla barışıb

Ötən il yollarını ayıran türkiyəli məşhur cütlük, müğənni Hadisə və aktyor Kaan Yıldırım barışıb.

Sozcu.az axşam.az-a istinadən bildirir ki, bu bərədə müğənni özü açıqlama verib:

“Böyük danışmamaq lazımdır. Hamımız insanıq. Ötən il heç kimin psixologiyası yerinde deyildi. Qadınlar duyğularını daha dərin yaşayır. Həmcinslərim nə demək istədiyimi başa düşəcəklər. Hazırda çox xoşbəxtik”.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Hadisənin xəstəlik səbəbindən sevgilisindən ayrıldığı deyilirdi.

Facebook Comments