Hacıbala Abutalıbovun alın təri, əlinin qabarı ilə tikdirdiyi “villacıqlar” İlisuda yox, Ağçaydadır…

Uzun müddət Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov Bakıdan köçüb və hazırda Qax rayonunun İlisu kəndində yaşayır.

Bu barədə Modern.az saytı məlumat yayıb.

Bildirilib ki, Abutalıbov hələ vəzifədəykən İlisuda dəbdəbəli villa tikdirib və indi orada yaşayır.

Qeyd edək ki, ötən gün YAP-ın qurultarı keçirilib və Hacıbala Abutalıbovun adı YAP-ın İdarə Heyətindən çıxarılıb.

Moderator.az-ın qeydi: Məlumat üçün bildirək ki, gözü-könlü tox və işlədiyi müddətdə dövlətin bir qara qəpiyinə göz dikməyən Hacıbala Abutalıbovun əlinin qabarı, alnının təri ilə qəpik-qəpik yığıb ərsəyə gətirdiyi dəbdəbəli qəsri Qax rayonunda olsa da heç də İlisu kəndində deyil. Qax rayonunun Ağçay kəndində meşənin ətəyində, çayın tam kənarında, özü də bir yox, bir neçə ikimərtəbəli villalardan ibarətdir. Tikinti 2018-ci ildə başa çatdırılıb və təsadüfən həmin kənddə istirahət edən Moderator.az-ın əməkdaşı həmin villalar şəbəkəsinin tikintisində işləyən ustalarla bir neçə dəfə həmsöhbət olub.

Facebook Comments