“HƏR ŞEY ÇOX GÖZƏL OLACAQ, ÜMİDİNİZİ HEÇ İTİRMƏYİN” –İmamoğlundan YSK-nın təkrar seçki qərarına ilk reaksiya

YSK-nın (MSK) İstanbuldakı bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsinə martın 31-də keçirilmiş seçkidə İstanbul şəhər bələdiyyəsinin sədri seçilmiş CHP-li Əkrəm İmamoğlundan reaksiya gecikməyib.

Sozcu.az xəbər verir ki, o, sosial şəbəkədəki hesabında qərara münasibət bildirməzdən əvvəl xalqın Ramazan bayramını təbrik edib və gündəmdə xeyli mövzuların olduğunu yazıb:

“Bu Ramazan Türkiyəyə xeyirlər gətirsin. Ölkənin ciddi iqtisadi sıxıntıları var. İşsizlik var. Bunları birlikdə aşacağıq. İndi hamı mənimlə bağlı qərarla maraqlanır. YSK-nın rəsmi açıqlamasını, onun detallarını gözləyirəm. O zaman düşüncələrimi daha ətraflı bəyan edəcəm”.

İmamoğlu bildirib ki, hər şey çox gözəl olacaq: “Ümidinizi heç itirməyin. Biriləri xəta edəcək, pis işlərə qarışacaqlar, ancaq biz ümidi daşıyacağıq”.

Xatırladaq ki, YSK-nın qərarına əsasən, iyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək.(Strateq.az)