Hər kəs BU TARİXİ gözləyir… – İnternet problemi HƏLL OLACAQ

Kosmik nəqliyyat şirkəti “SpaceX”in yaradıcılarından olan İlon Mask olduqca maraqlı təşəbbüs irəli sürüb.
Sozcu.az xəbər verir ki, o, 2027-ci ilə qədər bütün dünyanı “Starlink” peykləri ilə əhatə etməyi planlaşdırır. Layihənin məqsədi dünyanı, o cümlədən, internet olmayan və xidmətin bahalı olduğu əraziləri yüksək sürətli internetlə təmin etməkdir.

Bu məqsədlə yaxın 1 həftə ərzində kosmosa 60 aparatın göndərilməsi planlaşdırılır. Əslində cihazlar ötən həftə buraxılmalı idi, lakin texniki məsələlərə görə təxirə salındı. Ümumiyyətlə 2027-ci ilə qədər kosmosa 12 minin peykin göndərilməsi planlaşdırılır.
Bunun üçün “Falcon 9” roketindən istifadə olunacaq. Ən gec 2 il ərzində dünyanı əhatə edən internet şəbəkəsi qurulacaq. Kosmosa 400 peyk göndəriləndən sonra internet xidməti istifadəyə veriləcək.(Redaktor.az)