Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı

1990-cı il 20 yanvar- Azərbaycan xalqının çətin, gərgin, ağır sınaqlara çəkildiyi və bu imtahandan üz ağlığı ilə çıxdığı, Azərbaycanı qan gölünə çevirən qanlı-acımasız sovet ordusuna qarşı yalın əllə çıxaraq müstəmləkə buxovlarını qırmağa başladığı, rus imperiyasının törətdiyi növbəti faciəni Qəhrəmanlıq salnaməsinə çevirdiyi, dövlət müstəqilliyimizin bərpasının təməl daşının qoyulduğu gün.
Bu qanlı gecədə Bakının Qaradağ rayonu ərazində minlərlə adam yola çıxaraq yüzlərlə tank və digər zirehli hərbi texnikanın səhər açılana kimi şəhərə qərbdən girişini gecikdirməklə bir çox faciənin qarşısını ala bildilər. Yol üstündəki Ələt, Qobustan, Sanqaçal, Sahil, Müşfiqabad qəsəbə sakinləri zirehli hərbi texnikanın Bakıya girşinin qarşısını almaqda mütəşəkkil fəaliyyət göstərməklə bərabər həmdə KQB təxribatlarına imkan vermədilər. Xüsusiylə Sahil qəsəbəsi əhalisi ərazidəki iki körpüdən ustalıqla istifadə edərək zirehli taxnikanı saatlarla gecikdirə bildilər. Nəticədə Qaradağdan-Azad Allahverdi oğlu Rzayev-torpaqlarımızı bir daha vətənə çevirilməsi, dövlətimizin bir daha müstəqilliyə qovuşması üçün canlarını fəda edən 20 yanvar şəhidlərinə qovuşdu. Həmin gecə Bakı şəhəri qərbdən rus işğalına məruz qalmadı. Allah şəhidlərimizin ruhunu şad etsin. Milətimizin başı sağ olsun

O demir çenberi göğsünde kırıp parçaladın;
Sen ki, rûhunla beraber gezer ecrâmı adın;
Sen ki, a’sâra gömülsen taşacaksın…Heyhât,
Sana gelmez bu ufuklar, seni almaz bu cihât…
Ey şehîd oğlu şehîd, isteme benden makber,
Sana âgûşunu açmış duruyor Peygamber.

Bəybala Əbil, KXCP Ali Məclisinin sədri