“Həmin an baş məşqçi kimi ən böyük, ən çətin təcrübəmi yaşadım”

“Şalke”nin baş məşqçisi Domeniko Tedesko, Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti”yə 0:7 hesabı ilə məğlub olduqları cavab matçından sonra açıqlama verib.

Sozcu.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssis, ilk qoldan sonra komandanın çöküş yaşadığını deyib:

“Nəticəyə görə çox təəssüflənirik. Əslində, ilk 30-35 dəqiqəni çox yaxşı oynadıq. Sonra isə verilməsi vacib olmayan bir penalti ilə hesabda geri düşdük. O penaltidən sonra komanda çökdü. Fasiləyə 0:3 hesabı ilə geridə yollanmaq asan deyil. Həmin an baş məşqçi kimi ən böyük, ən çətin təcrübəmi yaşadım. Daha yaxşı oyun göstərmək istəyirdik, amma alınmadı.

Artıq bu oyunu unutmalı və “Leypstiq”lə görüşə köklənməliyik. Dəqiq olan bir şey var ki, mübarizə aparmağa davam edəcəyik”.(Komanda.az)