“Hələ də “Barselona”nı sevirəm” – Neymar

“Mən yeni çağırış axtardığım üçün “Barselona”dan getdim. Yeni macəra yaşamaq istədim”.

Sozcu.az xəbər verir ki, bu sözləri PSJ-nin futblçusu Neymar ESPN-ə açıqlamasında deyib.

Braziliyalı hücumçu növbəti dəfə “Barselona”dan ayrılmasından danışıb. O, Kataloniya klubunu tərk etmək qərarını çox çətinliklə verdiyini bildirib: “Barselona” həmişə məni heyran edib. İndi də bu klubu sevirəm. Klubu dəyişmək qərarı çox çətin idi. Tərəddüd edirdim. Bəzi anlarda fikrimdən daşınmaq istəyirdim. İki həftə bu cür tərəddüd içində olmuşam”.

Xatırladaq ki, Neymar 2017-ci ilin yayında 222 milyon avroya “Barsa”dan Fransa klubuna transfer olunub.(Qol.az)