Həbsxanadan məktub yayıldı: Qanunsuzluq…

Tehranın Evin zindanında həbsdə olan güneyli fəal, hüquqşünas İbrahim Nuri Ərdəbil zindanında aclıq aksiyası keçirən tanınmış milli-mədəni fəal Abbas Lisaninin hüquqlarının pozulduğunu bildirib.

Sozcu.az xəbər verir ki, İbrahim Nuri bu barədə yazdığı mətni telefon vasitəsilə güney azərbaycanlı fəallara göndərib.

O, insanların hüquq və azadlıqlarına hörmət və vətəndaş hüququnun qorunması, ölkə konstitusiyasının “bəraət maddəsi” və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə istinad edərək, Abbas Lisaninin dosyesinə müdaxilə edənlərin hərəkətinin qanunsuz olduğunu deyib.

Xatırladaq ki, yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan Abbas Lisani mayın 27-də aclıq aksiyasına başlayıb.(Axar.az)