Gürcüstanda hərbçi evində ölü tapılıb

Gürcüstanda hərbi qulluqçu yaşadığı evdə ölü tapılıb.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstan Müdafiə Nazirliyi məlumat yayır.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda meyiti tapılan şəxsin bu il mayın 15-dən müqavilə əsasında Milli Qvardiyanın 10-cu briqadasında hərbi xidmətə başlamış Paata Çxaidze olduğu bildirilib.

Polis hadisə yerinə baxış keçirərkən ov tüfəngi aşkarlayıb.

Hadisənin səbəbləri araşdırılır.

Faktla bağlı istintaq başlanılıb. İstintaq 115-ci maddənin birinci hissəsi ilə başlanılıb. Maddə intihar nəzərdə tutur.