Gürcüstanda evə raket düşüb

Gürcüstanın Siğnaqi bələdiyyəsinin Cuqani kəndində dolu əleyhinə raket kəndlilərdən birinin evinə düşüb.

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, evin damından daxil olan raket mərmisi tavan örtüyünü də dələrək yaşayış otağına keçib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis hadisəni araşdırır.