Gürcüstanda azərbaycanlılar yaşayan kənddə etiraz aksiyası keçirilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Sartiçala kəndinin sakinləri etiraz aksiyası keçiriblər.

APA-nın yerli bürosu xəbər verir ki, kənd sakinləri uzun illərdir kənddə içməli su probleminin mövcud olmasına etiraz ediblər. Onların sözlərinə görə, hazırda içməli su kimi istifadə edilən su texniki sudur. Bildiriblər ki, artıq iki həftədir kəndə su təchizatı tamam dayanıb.

Etirazçılar aksiyasının xəbərdarlıq mahiyyəti daşıdığını, problem həll edilməsə, daha genişmiqyaslı aksiyanın keçiriləcəyini qeyd ediblər.

Facebook Comments