Gürcüstana xəbərdarlıq: 5 bal gücündə qasırğa…

Gürcüstan ərazisində hava şəraiti kəskin dəyişəcək. Ölkə ərazisində güclü külək əsəcək, qar və yağış yağacaq, çovğun, Qara dəniz sahillərində 5 bal gücündə qasırğa olacaq.

Bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, güclü yağıntılar səbəbindən qar uçqunu və torpaq sürüşməsi gözlənilir.

Avtomobil magistralları buz bağlayacaq, bəzi yolların bağlanacağı gözlənilir.

Agentlik yerli əhalidən və turistlərdən dağlıq bölgələrə səfər etməkdən və dəniz yaxınlığında əylənməkdan çəkinməyə dəvət edib.

Facebook Comments