Gürcüstan prezidenti ilə bağlı istintaq başlayıb

Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilinin əfvlə bağlı qərarları üzrə istintaqa başlayıb.

“Yeni Sabah” xəbər verir ki, istintaq əfvetmə prosesində dövlət başçısının hakimiyyətdən mümkün sui-istifadə etməsi üzrə aparılır.