Gürcüstan patriarxlığı: “Davit Qarecidə vəziyyət stabilləşdirilib”

“Danışıqlar nəticəsində, Davit Qarecidə vəziyyət stabilləşdirilib”.

Nsa.ge xəbər verir ki, bu haqda Gürcüstan patriarxlığı məlumat yayır.

“Tanrının köməyi ilə, bu vaxt üçün Çiçxitura monastırı açıqdır və ziyarətçilər gürcü mədəniyyətinin bu möhtəşəm abidəsini maneəsiz şəkildə görə bilərlər.

Ümid edirik ki, demarkasiya prosesi sakitcə başa çatacaq və Azərbaycan və Gürcüstan arasındaki dostluq daha da güclənəcək” – deyilir Gürcüstan patriarxlığı tərəfindən yayılan məlumatda.