Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycana gələcək

Gürcüstan parlamentinin nümayəndə heyəti iyulun 15-16-da Azərbaycanda səfərdə olacaq.
Sozcu.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın qanunverici orqanının Mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə parlamentin Xarici əlaqələr üzrə Komitəsinin sədri Sofo Katsarava rəhbərlik edəcək.

Gürcü deputatlar Bakıda keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcəklər. Toplantıda üçtərəfli əməkdaşlıq üzrə əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Nümayəndə heyəti həmçinin Milli Məclis sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarssı dostluq qrupunun üzvləri ilə görüş keçirəcək.

Görüşlərin əsas mövzusu Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və sıx dostluq münasibətləri olacaq.

Nümayəndə heyətinə Gürcüstan-Azərbaycan parlamentlərarssı dostluq qrupunun rəhbəri Zviad Dzidziquri və Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir.

Facebook Comments