Gürcüstan NK-nın administrasiya rəhbəri istefa verdi

Gürcüstanın hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili istefa verib.

Sozcu.az xəbər verir ki, bu barədə N.Mezvrişvili Feysbuk səhifəsində yazıb.

O bildirib ki, 13 illik fəaliyyətdən sonra dövlət sektorundan ayrılır.

Qeyd edək ki, N.Mezvrişvili 2019-cu ilin sentyabrında hökumət administrasiyasının rəhbəri təyin olunub. Həmin vaxtadək o, daxili işlər nazirinin müavini vəzifəsində çalışıb.

Facebook Comments