Gürcüstan gömrüyündə işləyən erməni azərbaycanlılara “göz verir, işıq vermir” – şikayət

Sozcu.az saytına Gürcüstan-Azərbaycan, “Sınıx Körpü” Gömrük Keçid Məntəqəsində işləyən erməni əsilli məmurun Azərbaycan vətəndaşlarına qarşı yaratdığı problemlərlə bağlı növbəəti şikayət məktubu daxil olub.

Şikayət ünvanlayan Qazax rayon sakinləri bildirirlər ki, keçid məntəqəsinin Gürcüstan tərəfində işləyən Gürcüstan vətəndaşı, erməni əsilli məmur Azərbaycan və Türkiyə vətəndaşlarına qanunsuz cərimələr yazaraq, onlara süni problemlər yaradır. Dəfələrlə olub ki, Türkiyə Cümhuriyyətinin vətəndaşları olan yük maşını sürücüləri ilə aralarında ciddi problemlər yaranıb.

Şikayətçilər bildirirlər ki, erməni məmur Gürcüstan Respublikasının özünün qanunlarına görə, 30 dəqiqə dayanma işarəsinə belə məhəl qoymadan, “burda qanunları mən qoyuram” – deyərək, Azərbaycan vətəndaşlarını təhqir edir, qanunla icazə olan müddətə dayanmağa imkan vermir. Qanun tələb edənlər isə onun tərəfində cərimələnir.

Şikayətçilər qeyd edirlər ki, erməni məmura, onun haqqında səfirliyə şikayət edəcəklərini dedikdə, cavabı bu olur:  “istəyirsiniz dövlətinizin başçısı İlham Əliyevə şikayət edin”. Aprel ayının 7-də isə, həmin adamın azərbaycanlı qadınları gürcü dilində təhqir edən zaman məsələyə qarışan azərbaycanlıları da təhdir edərək, “bütün buralar gürcü torpaqlarıdır. Hətta sizin bayrağınızın yeri də, Gürcüstan ərazisinə aitdir” -deyərək təhdid edib. Bu hadisə isə, Azərbaycan Respublikasının Dövlət Bayrağının 2 metrliyində baş verib.

Şikayətçilər bildirirlər ki, gömrükdə işləyən erməni əsilli məmur Gürcüstan və Azərbaycan arasında problemlərin yaradılması üçün bütün imkanlarından istifadə edir. Həmin məmur keçid məntəqəsində işləyənə qədər, heç bir ciddi problemlər yaradılmayıb.

P.S. Xatırladaq ki, erməni əsilli məmurla bağlı keçən saylarımızda məlumat versək də, hələki bununla bağlı bir tədbir görülməyib.