Gürcüstan avtoritarlığa doğru gedir – Eks-prezident

Biz avtoritar dövlət istiqamətində gedirik və bu faktdır.

Report xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” proqramında bildirib.

Sabiq dövlət başçısı “Rustavi 2” televiziya kanalının keçmiş direktoru Nika Qvaramiaya qarşı ittihamın irəli sürülməsinə münasibət bildirib. O deyib ki, bu gün Gürcüstanda hüquq artıq ən ümdə deyil, belə ki, hüquq siyasət üçün yalnız makiyaja çevrilib.

G.Marqvelaşvili hakim Gürcü Arzusu Partiyasının dəsti-xəttinin dəyişdiyini qeyd edib.