Gürcü nazirdən Keşikçidağ açıqlaması

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın növbəti iclası Tiflisdə iyunun sonunda keçiriləcək.

Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani jurnalistlərə bildirib.

Onun sözlərinə görə, danışıqların ikinci mərhələsinə qədər mütəxəssislər vəziyyətlə yerində tanış olacaqlar: “Həm Azərbaycan, həm də Gürcüstan tərəfinin istəyi deməyə əsas verir ki, hər iki tərəf üçün məqbul qərar qəbul olunacaq”.

Qeyd edək ki, komissiyanın ilk iclası mayın 23 və 24-də Bakıda keçirilib.(Report)