“Gürcü millətçilərinin üzə çıxan cəsarətləri siyasi sifarişdir” – Aydın Mirzəzadə

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla həmsərhəd zonaya etdiyi səfərdən sonra Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacib olnasını bildirməsi, bəzi gürcü millətçilərinin Azərbaycana qarşı torpaq iddiası irəli sürməsinə rəvac verib.
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Aydın Mirzəzadə məsələyə münasibət bildirərkən qeyd edib ki, gürcü millətçilərinin son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür:

“Son günlərdə bəzi Gürcüstan siyasətçiləri Azərbaycana və Azərbaycan xalqına qarşı həqarət yağdırmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışırlar. Düzdür, onların öz ölkəsində də nüfuzları aşağıdır, seçkilərdə yığdıqları səs çox aşağıdır. Həmçinin, onların mövqeyini sivil, ciddi gürcü dairələri bölüşmürülər.

Bununla belə belə bu siyasətçiklərin çox təhlükəli oyun oynadıqlarını demək lazımdır. Və onların son dövrdə üzə çıxan cəsarətlərinin siyasi sifariş olduğu açıq-aydın görünür.

Cənubi Qafqaz kimi həssas bir bölgədə Azərbaycan -Gürcüstan dostluğu sülhün və əmin-amanlığın əsas dayaqlarından biridir. Görünür xaricdə müəyyən dairələr üçün Ermənistan faktoru azdır, indi onlar gərginlik üçün gürcü İŞİD-dən istifadə etmək istəyirlər.

Ancaq Azərbaycan və Gürcüstan heç zaman provokasiyaya getməyəcəklər və regionu yeni gərginlik ocağına çevirmək cəhdi baş tutmayacaqdır”.

Sozcu.az

Facebook Comments