Güneyli soydaşlarımızdan növbəti Qarabağ şüarı – Video

Bu gün “Traktor” komandası növbəti rəqibini – Abadanın “Sənət-neft” komandasını qəbul edib.

Sozcu.az xəbər verir ki, bu oyunda da azarkeşlər Qarabağla bağlı şüarlar səslənib.

Belə ki, oyunun 27-ci dəqiqəsində güneyli soydaşlarımız tərəfindən “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirilib.
Bundan başqa, oyunun 15-ci dəqiqəsində Konstitusiyanın 15-ci maddəsi (ana dili ilə bağlı qanun) əsas götürülərək, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirilib.

Qeyd edək ki, oyunun birinci hissəsi 1:0 “Traktor”un xeyrinə yekunlaşıb.(Axar.az)