Güneyli milli fəlalın etirazı nəticə verib, Rza Vasiqi, Ərdəbil həbsxanasında qardaşının saxlanıldığı bölməyə köçürülüb

Rza Vasqii, 23 noyabr 2020-cı il tarixində Ərdəbil h rəisi “Sərbaz Coda” ya göndərilən etiraz məktubundan sonra 5-ci palatadan qard Əli Vasiqinin saxlanıldığı 2-ci palata köçürülüb.

Bundan əvvəl, 16 noyabr 2020-cu ildə Güney Azərbaycanın milli fəalları” Əli və Rza Vasigi qardaşları” ailələri ilə telefon danışıqları zamanı həbsxananın ayrı-ayrı bölmələrinə köçürüldüklərini bildirmişdirlər. Əli Vasiqi, həbsxananın “oğurluq” ittihamı ilə tutuqlananların saxlanıldığı 2-ci bğlməyə, Rza Vasiqi isə “uyuşdurucu aludəçiləri”nin saxlanıldığı 5-ci bölməyəa köçürülmüşdülər.

İllərdir ki, İran həbsxanalarında ağır cinayətlər törətmiş məhkumlarla, siyasi dustaqlar eyni bölmələrdə saxlanılır. Həbsxana məsulları “ETTELAAT”ın tapışırığı əsasında azərbaycanlı milli fəalları təhlükəli cinayətlərə görə məhkum olunmuş məhbuslarla eyni bölmələrdə saxlayırlar.

Xatırladaq ki, Əli Vasiqi 8 noyabrda, Rza Vasiqi isə 5 noyabrda iki illik cəzalarını çəkmək üçün Ərdəbil Mərkəzi Həbsxanasına göndəriliblər.

Qeyd edək ki: Oktyabr ayının 6-da Rza vasiqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “gecə bulletenlərinin nəşri, hökumət əleyhinə təbliqat və milli təhlükəsizliyə qarşı cinayət törətməkdə əlbir olmaq” ittihamı ilə 2 il həbs cəzasına mühakimə etmişdi.

Ərdəbil əyalətinin ETTELAAT Baş İdarəsinin iddianaməsində qeyd olunub ki, milli fəalların həbsi, azadlığa buraxılması və məhkəmə işləri ilə bağlı proseslərin sosyal mediada yayınlanması onlara qarşı irəli sürülən ittihamları təsdiq edir.

İttiham olunan milli fəallar və onların vəkili irəli sürülən bütün ittihamları rədd etsələrdə, haqlarında çıxarılan hökm quvvədə saxlanılıb.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində Məhdəvi Radın hakimliyi ilə keçirilən ibtidai məhkəəmə prosesində Rza və Əli Vasiqi qardaşları sıra ilə 2 və 3 il həbs cəzasına məhkum edilmişdilər.

Vasiqi qardaşları iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti olaraq sərbəst buraxılmışdılar. Həmin günlərdə, fəalların saxlanma zamanı ağır şəkildə döyüldüyü bildirilmişdi.

Vasiqi qardaşlarının azadlığa buraxılmasından sonra yayılan fotolardan onların ağır fiziki işkəncələrə məruz qaldıqları görünürdü.

Facebook Comments