Güneyin vicdan məhbusu – Lətif Həsәni

Hazırda Tehranın Rəcayişəhr zindanında cəza çəkən güneyli tanınmış milli-mədəni fəal doktor Lətif Həsəninin həbs olunmasından 7 il keçir.

Sozcu.az xəbər verir ki, Lətif Hәsəni 2012-ci ildə ETTELAAT idarəsi tərəfindən Kərəc şəhərində həbs edilərək, bir neçə ay ETTELAAT-ın Kərəc idarəsində saxlandıqdan sonra 2013-cü ildə dostları ilə birgə (Yürüş Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli, Behbud Quluzadə) “Yeni GAMOH” təşkilatını qurmaq vә dövlətin əleyhinə təhlükə yaratmaq maddəsi ilә 9 il həbs cəzasına məhkum olunub.

Qeyd edək ki, Lətif Həsəni Güneydə soydaşlarınızın demokratik vә milli-mədəni haqları uğrunda göstәrdiyi 20 ildən artıq fəaliyyətində müxtәlif təzyiqlər, həbslər vә işgəncələrə məruz qalıb. Zindanda qaldığı müddətdə bir neçə dəfə uzunmüddətli aclıq aksiyası keçirib.

Güney Azərbaycanda Lətif Həsənini Güney Azərbaycanın vicdan məhbusu adlandırırlar.(Axar.az)