Güney zərbaycanlı milli-mədəni fəal Əli Əzizinin iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb

Urmiya şəhərində güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizinin iş yeri təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb.

Hadisə yanvarın 16-da baş verib.

Məlumata görə, fəal iş yerində olmadığı üçün onu saxlamaq mümkün olmayıb.

Əli Əzizi İranda 2019-cu il noyabr ayında keçirilən kütləvi etirazlarla əlaqədar saxlanmışdır. O müvəqqəti olacaq zaminə buraxılıb.

Adını çəkdiyimiz fəal bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb və həbs olunub.

Sozcu.az

Facebook Comments