Güney azərbaycanlı milli fəal Yusif Kari Ərdəbil həbsxanasının 16-cı korpusuna köçürülüb

Bir ay məzuniyyəti bitdikdən sonra hebsxanaya geri qayıdan güney azərbaycanlı milli-mədəni fəal Yusif Kari Ərdəbil həbsxanasının 16-cı korpusuna köçürülüb.

Milli fəal ailəsi ilə əlaqə saxlayaraq bu haqda məlumat verib. Ərdəbil mərkəzi həbsxanasının 16-cı korpusu məzuniyyətdən qayıdan məhbuslar üçün karantin kamerası olaraq ayrılıb.

İran həbsxanalarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Yusif Kari mayın 21-də barəsində çıxarılmış iki illik həbs cəzasının qalan hissəsini çəkmək üçün təcridxanaya qayıdıb.

O martın 31-i vəsiqə girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdı.

Yusif Kari 2019-cu il sentyabrın 3-də mülki geyimli şəxslər tərəfindən saxlanmışdır. Fəal sonralar Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsində 6 il həbs cəzasına məhkum edilib, lakin həbs qərarı Apellyasiya Məhkəməsi tərəfindən 2 ilə endirilib.

Koronavirus infeksiyası ilə əlaqədar bir neçə güney azərbaycanlı milli-mədəni fəal məzuniyyətə buraxılsa da beynəlxalq insan hüquqları qurumlarının ardıcıl tələbinə baxmayaraq Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmini kimi milli-mədəni fəallar hələ də həbsxanadan məzuniyyətə buraxılmır.

Sozcu.az

Facebook Comments