Güney azərbaycanlı milli fəal Ruzbeh Piri Təbriz zindanına qayıdıb

Güney azərbaycanlı milli fəal Ruzbeh Piri iyunun 25-də barəsində çıxarılmış həbs cəzasının qalan hissəsini çəkmək üçün Təbriz Mərkəzi zindanına gedib.

Təbriz sakini olan Ruzbeh Piri “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə məhkəmə tərəfindən 91 gün azadlıqdan məhrum edilib.

Ruzbeh Piri qardaşı Yaşar Piri ilə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdı.

Piri qardaşları 3 ay saxlandıqdan sonra fevralın 5-də mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılmışdı.

Piri qardaşları insan hüquqları, ətraf mühit və heyvan hüquqları ilə bağlı apardıqları mədəni fəaliyyətlərinə görə uzun müddətdir ki, təhlükəsizlik orqanlarının ağır təzyiqlərinə məruz qalır.

Facebook Comments