Güney azərbaycanlı fəallar Əli və Rza Vasiqi müvəqqəti azadlığa buraxılıb

Ərdəbil sakini olan güney azərbaycanlı milli-mədəni fəallar Əli və Rza Vasiqi qardaşları müvəqqəti azadlığa buraxılıb.

Fəallar iyunun 16-da 110 milyon tümən mülki vəsiqə qarşılığında təcridxanadan azad ediliblər. Vasiqi qardaşları iyunun 10-da axşam İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerlərində yaxalanmışdılar.

Milli fəallar nəzarətə alındıqları zaman təhlükəsizlik qüvvələri tərəfindən möhkəm döyülmüşdülər. Şahidlərin verdiyi məlumata əsasən, İran Təhlükəsizlik məmurlarının rəftarı əhalinin etirazına səbəb olmuşdu.

Son həftələrdə İranda güney azərbaycanlılara qarşı təhlükəsizlik qüvvələri və məhkəmə orqanları tərəfindən təzyiqlər artıb. Təbrizdə milli fəallar Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə həbs edilib. Qain şəhərində sürgündə olan tanınmış fəal Siyamək Mirzayi barəsində çıxarılan həbs və məhrumiyyət cəzaları apelyasiya məhkəməsi tərəfindən təsdiqlənib. Həmçinin Ərdəbil Sakini olan milli fəal Meysəm Colani qiyabi olaraq 6 ay həbs və 74 şallaq cəzasına məhkum edilib.

Facebook Comments