Güney Azərbaycanın “Çaldıran” bölgəsində 20 nəfər xarıcı vətəndaş girov götürülüb

Noyabrın 19-da Çaldıran polis rəisi bu şəhərdə xarici vətəndaşları girov götürən şəxslərin həbs olunduğunu açıqlayıb.

Polis polkoviniki “Məhəmməd Gülvani” yerli mediyaya verdiyi açıqlamada şəhərin heyvandarlıq fermalarının birində xarici vətəndaşların saxlanmılması ilə bağlı daxil olan məlumat əsasında əməliyyat keçirildiyini söyləyib.

Onun bildirdiyinə görə, əməliyyat məlumatlarından sonra görülən tədbirlər nəticəsində 20 xarici vıətəndaş girovluqdan azad edilib.

Polis rəisi əməliyyat nəticəsində dörd nəfərin tutuqlandığını bildirib. Ancaq onların kimliyi və girov götürülən xarici vətəndaşların miliyyəti haqqında açıqlama verməyib.

Bildirmək lazimdir ki, Güney Azərəbaycanın Qərbi Azərbaycan bölgəsi, o cümlədən Çaldıran, İran vətəndaşları ilə yanaşı Əfqanistan, Pakistan vətəndaşlarının Türkiyə üzərindən Avropaya qaçaq körpü rolunu oynayır.

Bu “sahə”, insanların ölkədən qaçaq yollarla Türkiyə Cümhuriyyətinə keçirilməsi daha çox “ETTELAAT” və “İran İnqilab Keşikçiləri Korpusu”nun nəzarətində olan kürd mafiyalarının əlindədir.

Onlar bu vasitə ilə maddi gəlir əldə etməkdən daha çox siyasi və təhlükəsizlik maraqları güdürlər. Bu vasitə ilə ciddi siyasi fəaliyyətləri və ya təqibdə olan şəxslərin ölkəədən çıxmasına nəzarət edirlər.

Dəfələrlə nəzarətdən qıraq insan qaçaqçılarının və qaçqınların İran-Türkiyə sərhəddində güllələnməsi halları baş verib.

Görünür 20 nəfər xarici vətəndaşı girov götürməkdə ittiham olunan dörd nəfər İran təhlükəsizlik qüvvələrinin nəzarətindən qıraqda fəaliyyət göstərən insan qaçaqçıları olduqları üçün həbs olunublar.

Facebook Comments