Güney Azərbaycanda Beynəlxalq Ana Dili Günü tədbirləri davam edir

Milli-mədəni fəallar Azərbaycanın müxtəlif bölgələrində Beynəlxalq Ana Dili Günü ilə bağlı mədəni tədbirlərini davam etdirirlər.

Təbriz, Ərdəbil, Xiyav(Meşkin), Urmu, Şəbistər və b. şəhərlərdə türk dilində əlifba və uşaq kitabları paylanılıb, Beynəlxalq Ana Dil Günü ilə bağlı vətəndaşlara bilgi verilib.

Müxtəlif poster və aydınladıcı broşurlar paylayan mədəni fəallar, vətəndaşlarla türkcənin zənginliyi, ana dilində təhsilin vacibliyi və önəmi barədə danışıblar.

Onlar adı çəkilən şəhərlərdə İranda türk dilində təhsil istəyini və bu dilə qarşı qadağalara etirazı əks etdirən divar yazıları, şüarlar yazıb və qrafitlər çəkiblər.

Neçə illərdir ənənə halını alan tədbirlər, bu il daha çox şəhəri əhatə etməsi və tədbirlərin çoxluğu ilə fərqlənir.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Hal-hazırda çox sayda azərbaycanlı milli-siyasi fəallar, o cümlədən Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid mənafi dünya ana dili gününündə təbrik posterləri payladıqları üçün həbsxanalarda cəza çəkməkdədirlər.

Facebook Comments