Güney Azərbaycandan toplanan yardımlar Güney Türkmənistana çatdırılır-Video

Sozcu.az xəbər verir ki, GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim qəsdən ölümlə üz-üzə qoyduğu türkmənlərə yardım etmədiyi üçün Güney Azərbaycanda əhali öz dildaşlarına yardım toplayıb Güney Türkmənistana çatdırıblar.

Güney Azərbaycanın bütün şəhər və kəndlərində, o cümlədən Təbriz, Ərdəbil, Urmiya, Sulduz, Marağa, Xoy, Şendabad və s. şəhərlərdə Azərbaycan türkləri, xüsusilə Traxtur tərəfdarları yardım toplayıb və Güney Türkmənistanda öz dildaşlarına çatdırıblar.

Qeyd edək ki, işğalçı fars rejim Güney Türkmənistanın meşələrini məhv edib, çayları qarşısında su bəndləri çəkmək və həmin bəndləri kəskin yağış mövsümündə qəsdən dolu saxlamaqla suyun axınının qarşısını alıb. Nəticədə Güney Türkmənistan suya qərq olub.