“Gündə koronavirusla arvad kimi zarımaqdansa, qalxaq kişi kimi “ya ölum -ya qalım” savaşına!..”

Sultan Laçın

“Müharibə, mübarizə əzmi insanların immunitetini artırır və o halda xəstəliklər azalır…”

İyulun 12-də dədə-babalarımızın tarixi səhvləri ucbatından elə öz torpaqlarımızda qondarılmış “Ermənistan” adlı oyuncaq “dövlət”in birbaşa dövlət sərhəddimizdən torpaqlarımıza yeni hücum həyasızlığı müstəqil(!) dövlətimizə ən savadsız vətəndaşın da anlayacağı tutarlı bir “kozır” verdi: “işğalçı bir daha dövlət sərhəddimizi pozub –həddini aşıb, artıq güc yolu ilə 30 ilə yaxındır işğal altında qalan torpaqlarımızı azad etməyimizə görə heç bir xarici güc bizi qınaya bilməz!..”

İndi də koronavirusu bəhanə edib “müharibəyə başlasaq, yoluxma artacaq, ölüm artacaq” deyənlərə torpaq, Qarabağ sevərlərin bir cavabı var: “Koronavirusla zarıncı olub bütün günü arvad kimi “ah-vay” etməkdən, zarımaqdansa, qalxaq Qarabağ uğrunda kişi kimi savaşa- ya ölək, ya qalaq- təki torpaqlarımız azad olsun, “qorxaq”, “qaçqın”, köçkün” damğaları üstümüzdən götürülsün!..”

Onu da qəti bilmək lazımdır ki, bunu müharibə dövrlərini araşdıran mütəxəssislər də sübut edib: savaş, mübarizə, döyüş əzmi, qeyrət coşqunluğu, adrenalin qaynarlığı insanın dözümünü, immunitetini gücləndirir və o halda xəstəliklər tamamilə azalır…

P.S. Özü də hamılıqla səfərbər olaq və 7 dən- 70-ə hər kəs əlindən gələni etsin, yalnız 18-20 yaşlı gənclərimizi irəli verməyək…moderator.az

Facebook Comments