Gündəlik tapşırıqların icrası üçün robotlar təqdim edilib

“Alphabet” holdinqinə aid olan “X” elmi tədqiqat laboratoriyası gündəlik tapşırıqların yerinə yetirilməsi üçün robotlar təqdim edib. Bu haqda “The Verge” yazıb.

Sozcu.az ictnews.az-a istinadən bildirir ki, yeni robotların özəlliyi ondadır ki, mühəndislər müxtəlif tapşırıqların yerinə yetirilməsi üçün onlara alqoritm yazmayıblar. Qurğular dəyişən vəziyyətə uyğunlaşmaq üçün kamera və kompüter təlimi alqoritmlərindən istifadə edə bilərlər.

Məsələn, robotlar artıq zibili çeşidləməyi öyrəniblər. Bu halda səhvlər təxminən 5% təşkil edir, halbuki insanlar bu prosesin yerinə yetirilməsi zamanı ən azı 20% səhv əməliyyat edirlər.