Günay sevgilisindən ayrılıb?

Azərbaycanlı model Günay Musayevanın sevgilisi Taha Tatlıcı ilə bağlı paylaşım etməməsi diqqət çəkib.
Sozcu.az-ın məlumatına görə, Türkiyədə fəaliyyət göstərən sənətçi həmçinin, Tahanı İnstaqramda izlədiyi şəxslər sırasından çıxarıb.

Tatlıcılar ailəsinin varislərindən olan Taha da artıq G.Musayevanı izləmir. Onlar birlikdə olan paylaşımlarını da sosial media hesablarından siliblər.

Qeyd edək ki, T.Tatlıcı bir neçə həftə öncə əsgərlikdən geri dönmüş və sevgilisi ilə bağlı paylaşımlar etmişdi.(Axşam.az)