Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi

Ali Məhkəmə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 15 yaşlı oğlunun xaricə getməyi ilə bağlı hüququnun təmin edilməsi ilə bağlı verdiyi kassasiya şikayətinə baxılıb.

Sozcu.az-ın məlumatına görə, hakim Gündüz Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası G.Hacıbəylinin kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, G.Hacıbəyli 15 yaşlı oğlunun atası Mahmud Mehdiyevin razılığı olmadan Toğrulun xaricə səfər etmək hüququnun təmin edilməsi üçün məhkəməyə üz tutmuşdu.

Nəsimi rayon Məhkəməsinə müraciət Gültəkin Hacıbəylinin ərizəsi təmin edilməyib Daha sonra Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişmədən saxlayıb. Gültəkin Hacıbəyli bu qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib.

Facebook Comments