Gülağa Aslanlı Meydan TV əməkdaşından üzr istəməsini tələb etdi

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Meydan TV əməkdaşı Aynur Elgünəşin partiyaya qarşı irəli sürdüyü ittihamlara cavab verib.

Gülağa Aslanlının özünün feysbuk səhifəsində paylaşdığı cavabı təqdim edirik:

“Meydan TV-nin əməkdaşı Aynur Elğünəş xanımın Müsavat Partiyası tərəfindən pul müqabilində, partiya üzvü olmayan şəxsə saxta sənədlər verilməsini təsdiqləmək məqsədilə yaydığı sənədi araşdırdım.

Nəticələr:

1. O sənədi mən yazdırıb, imzalamış və möhürlətmişəm. Sənəd hazırlanan zaman Laçın rayon təşkilatı sədrinin və əvvəllər təşkilata sədrlik etmiş şəxsin rəsmi rəy və fikirlərini nəzərə almışam.

2. Müzakirələrdə sənədin pul müqabilində verilməsi iddiasından geri çəkilmək görünsə də, atılan böhtanın bu hissəsinə görə üzürxahlıq edilməyib.

3. Müzakirələrin əvvəlində adına sənəd yazılmış şəxsin Müsavat Partiyasının üzvü olmadığı iddia edilsə də, sonra bu təkzib edilib, amma yenə də atılan böhtana görə üzürxahlıq edilməyib.

4. Sənəddə ğöstərilir ki, 2006-cı ildən başlayaraq, Müsavat Partiyasının üzvü olan atası ilə partiyanın keçirdiyi tədbirlərdə iştirak edən sənəd sahibi dəfələrlə fiziki təzyiqlərə məruz qalıb. Atası həbs olunub, hakimiyyət nümayəndələri onların ailə üzvlərini təhdid edib.
Bu hadisələrin canlı şahidləri var. Və bu insanlara inanmamaq haqqım yoxdur.Hətta məhkəmələr belə çanlı şahidin sözlərini daha etibarlı hesab edir.

5. Araşdırma nəticəsində məlum oldu ki, sənədin sahibi xanım jurnalistlə heç zaman əlaqə saxlamayıb, ona heç bir sənəd təqdim etməyib. Aynur xanım bu sənədləri ona təqdim edən şəxsi açıqlamır.
Burada artıq başqa şübhələr yaranır ki, onun dəqiqləşdirilməsinə ehtiyac yaranıb.

6. Sənəddə şəxsin partiyaya qəbulunun tarixinin dəqiq göstərilməsi onun həqiqi olduğunu və düz yazıldığını təsdiqləyir.

7. Sənəd verilərkən ailə başçısının Müsavat Partiyasının üzvü olması, sənəd sahibinin 2006-cı ildən partiya təəssübkeşi kimi tədbirlərdə iştirak etməsi, ailəyə olan təzyiqlər, şəxsin xeyrinə olan hal kimi nəzərə alınıb.

8. Araşdırma davam edir.

Aydın olan odur ki, heç bir araşdırma aparmadan Müsavat Partiyası yetkilisinin pul müqabilində, partiya üzvü olmayan və heç bir təzyiqə məruz qalmayan şəxsə arayış verib iddiası təsdiqini tapmayıb.

Məncə belə yanlış və böhtan xarakteri daşıyan fikirləri sosial şəbəkədə yayan şəxs böhtan atdığı partiyadan üzr istəməyə hazır olmalıdır.

P.S. Bizim araşdırmamıza inanmayan şəxslərdən xahiş edirəm ki, əllərində olan, saxta hesab etdikləri sənədləri Baş Prokurorluğun Ağır Cinayətlər üzrə Işlər idarəsinə təqdim etsinlər.

Bunu etməyib, şantaj yolunu seçənlərlə məsələ hüquqi müstəvidə həllini tapacaq.

***

Müsavat Partiyasına qarşıı arayış böhtanının atılmasının və tirajlanmasının təşkil olunmasının əsas səbəbləri:

1.Əmək haqqı, qrant, xaricdən ya hansısa qruplardan vəsait almadan, maliyyə marafonları keçirmədən öz gücünə, təmənnasız olaraq siyasi fəaliyyət göstərən, jurnalist fəaliyyəti ilə məşğul olan fədakar adamların əksəriyyəti Müsavat Partiyasındadır. Ona görə birinci qisimə aid olanlar bizim fərqliliyimizə dözümsüzlük göstərirlər.

2. Müsavat Partiyası dürüst fəaliyyəti ilə indi burada və xaricdə bu bizneslə məşğul olan şəbəkəyə mane olur.

P.S. Müsavat Partiyasına qarşı bu kampaniyaya Rauf Arifoğlunun göstərişi ilə “Yeni Müsavat” qəzeti start verib”.

Basta