GÜCLÜ İCTİMAİ NƏZARƏTLƏ!

İlqar Altay, İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas
Təbii və sabit həyat və fəaliyyət ritmi pozulmuş sistemsiz və nizamsız toplum impuls hesabına yaşayır. İmpulsun da hesabına olan yaşam xoş və bəd təsadüflərdən asılı olaraq, periodik, gah eyforiya, gah məyusluq kimi tamamilə əks-qütb və əks-ifrat əhvalla əvəzlənir. Əhvalın ümidində qalan yaşam! Demək ki, toplum əhvalı yaratımır, idarə etmir, əhval toplumu idarə edir. Həm də ki, kənardan proqnoz olunmayan impuls hesabına yaranan əhvalın. Bəli, açıq və sadə desək, bu öz normal, təbii ritmik həyat qabiliyyətini, ya daxili patoloji, ya xarici fiziki-emosional travmatik şok səbəbindən itirmiş, donulub yatmış beyinin, ya ürəyin stimulyator hesabına aktivləşib, yenidən yatmasıdır. Bizim cəmiyyətimiz bu gündədir, biz həyatımızı, hadisələri deyil, baş verən hadisələr bizi idarə edir, onlar verdiyi impulslar hesabına, gah ifrat eyforiya, gah ifrat məyusluq yaşayırıq.. İfrat müsbət və ifrat mənfi emosiyaların içində. Bu iki ifratın arasında çalxalanırıq, gah göylərdə uçuruq, gah da o yuxarıdan yerə çırpılıb çökəyin dibinə düşürük. Normal, ritmli, sabit həyat deyil
İlin əvvəlindən, həm Mehman “aclığı”, həm də ki Prezident yumşalmaları fonunda yaranan oyan-canlanmaya Bakı səhər icra hakimiyətinin kiçik, amma gözlənilməz: “mitinqə razıyıq” kimi kağız parçası böyük impuls verdi. Xeyli də hakimiyyət siyasətindən narazı insan yığışdı “Məhsul”a. Və bu artıq, zəif-əzgin emosional durumlu toplumu norma halından çıxarıb, eyforiya yüksəkliyiyinə qaldırdı. Və o dərəcə də ki stadionun dolmasını hakimiyyətin götürülməsinə adekvat saymaqla! Miting oldu, stadion doldu, möhtəşəm keçdi və sona yaxın toplum dedi: hə nolsun, miting sona yetir, ortada heç şey yox, bəs hakimiyyət? Bəlkə burdan yürüş edək, prezident sarayı qarşısına?
O an mitinq lideri reallığa qayıdıb təhlukəni ayıq başla düşünüb tez, ustalıqla toplumu sakit etdi. Növbəti daha güclü mitinqi də bir həftə sonraya elan etməklə emosiyaları yatırtdı. Eyforiya daha sonrakı günlər davam etdi. O yüksək həddə ki o arada yazdım: hakimiyyətə yetkin formada gəlib idarə etmək üçün gərək xalqın müstəqil ziyslısı və mûtəxəssislərindən də yararlanma olsun. Və açıq cavabla yazdılar ki müəllim, biz ziyalısiz da hakimiyyəti götürəcəyik, inşaalah, 26 yanvarda.. Daxili gülümsəmə və təəssüf gətirdi bu yelli-lik. Və az keçməmiş, yenə icra hakimiyyətinin kiçik, amma, bu dəfə, “razı deyiləm”, kağız parçasının verdiyi mənfi impuls birdən-birə kəskin sakitlik və dərin çaşqın ictimai məyusluq keçidi yaratdı.
İndi yenə, hakimiyyətin növbəti müsbət addımı, xeyli siyasi məhbusu azad etməsi yeni eyforiya yaradıb. Emosiyalar o qədər coşub, arxayınçılıq o həddə çatıb ki, azad edilən məhbusların yaşlı valideyinlərinin əfv fərmanı verənə sagöl deyən agzını yummaq istəyirlər, özü də ki, “şapalaqla!”. Mən, hakimiyyəti, prezidenti, hər kəsi çəkinməz tərzdə tənqid edən, heç kim qarşısında borcsuz və öhdəliksiz, həm də sərt-kəskin adam olaraq yazıram a bəylər, bir az sakitləşin, ictimai həddi keçməyin, camaatla işiniz olmasın, insanlar və fikirlər fərqlidir, kim illərlə həsrətində, ovladının azadlığına sevinir, kim müstəqil ictimai insandı ya liberal siyasidir, minnətdarlıq edirsə, üstünə yeriməyin. Siz axı, demokratik cəmiyyət qurma bəyan edirsiniz, öz şəxsi fikrini bildirənlər də ki sizin idarə heyəti, məclis, partiya üzvünüz deyil. Və o qədər emosional eyforik coşqudadırlar ki, bir kiçik statusa gørə mənə belə, həmlə edirlər.. Nə qədər izah verirəm ki, belə olmaz, xeyri yox!
Nə isə, allah növbəti kəskin-dərin məyusluqdan saxlasın. Amma ki ehtiyat, alternativ hakimiyyət komandası olmaq özü də bir ayrı işdir.. Gələcək hakimiyyət komandası, öncəki, müxalifət dövrü sistemli, nizamlı formalaşır. Hakimiyyətə gələn andan sonra, dəlləkliyini xalqın başında edərək, öyrənib bilməklə yox. Indiki yeni dövrdə xalq da, hətta beynəlxalq güclər də real hakimiyyət güc və idarəçilik potensialı, uygunluğu olan müxalif qüvvəyə dəstək verir yalnız. Təsadüfən iqtidara gəlmək, hakimiyyət əldə etmək dövrü arxadadır. Bu xalq, oturub daha 16 il gözləyə bilməz ki, bu yeni hakimiyət özünü sonradan necə aparacaq, idarə edəcəkmi, islahatlara gedəcək, yoxsa yox!
Şəxsən mən, bir azad müstəqil və ölkəsinin də, xalqının da, taleyinə biganə olmayan vətəndaşı kimi, bütün varlığımla axına qarşı gedəsi olsam belə, çalışacam ki, nə, bu hakimiyyət siyasətini xalqa, demokratiyaya doğru dəyişmədən, köklü islahatlar aparmadan yerində qalsın, nə də, hər hansı layiqsiz, qeyri-yetkin, nizamsız komanda hakimiyyət əldə etsin. Əminəm ki, bu dəfə xalq da, onun içindən çıxmış, ona birbaşa baglı olan müstəqil ixtisaslı, vicdanlı insanlar da buna qəti imkan verməyəcəklər.. Güclü, ictimai nəzarətlə!