Güc dilini öyrənməliyik – AB-nin baş diplomatı

Avropa Birliyi güc dilində danışmağı bacarmalı və hərəkətə keçməlidir.

Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin baş diplomatı Jozef Borrel deyib.

“Güc dilində danışmağı öyrənməliyik. Çoxları bunu hərbi güc kimi başa düşür, amma bu, təkcə belə deyil. Avropa hərəkət etmək istəyini inkişaf etdirməlidir, hər gün “biz narahatıq”, “biz çox narahatıq”, “biz həddən artıq narahatıq” kimi ifadələr işlətməli deyil”, – Borrel bildirib.

Facebook Comments