Gözünüz aydın ermənilər Bakıya axışır!!!

Elşən Əlisoy
Ermənilərin Azərbaycan torpaqlarına qarşı irəli sürdüyü qondarma iddiadan sonra ermənilər Ermənistanda yaşayan azərbaycanlıların evlərini yandıraraq Ermənistanı tərk etməyə məcbur etdilər. Onlardan fərqli olaraq Azərbaycanda yaşayan ermənilərin böyük əksəriyyəti yaşadıqları evləri azərbaycanlılara baha qiymətə sataraq cibləri dolu halda Rusiyaya və Ermənistana köçdülər. Torpaqlarımız erməni quldurları tərəfindən işğal edildi, minlərlə gəncimiz şəhid oldu, “Xocalı Soyqrımı” kimi bəşəriyyətdə misli görünməmiş bir soyqrım törədildi. Ermənilər əsirlikdə olan qız-gəlinlərimizə təcavüz edərək namusumuza toxundular, 20% torpağımız hələ də erməni işğalı altındadır, cəbhədə öldürülən əsgərimizn meyidinin şəklini də çəkərək tez-tez internetdə yaymaqla bizlərə gözdağı verilir. Bəzi “tulapayı” ilə dolanan mətbuat orqanları Azərbaycana gələn erməni fahişələrini sanki əzizləri gəlibmiş kimi toy-bayramla qarşılayıb, “Azərbaycanın hüdudlarından kənarda yaşayan Bakı ermənilərinin arzuları çin olur” və ya “Ermənilər 27 il əvvəl tərk etdikləri şəhərə geri dönməyə başlayırlar” kimi başlıqlarla yazılar hazırlayıb bunu bir nailliyyət kimi övladı, atası, qardaşı şəhid olmuş vətəndaşlarımıza sırımaqla məşğuldurlar.

Azərbaycanda yeni anadan olmuş övladının sənədlərini düzəltmək üçün süründürməçiliyə düşən vətəndaşlarımızdan fərqli olaraq Lida Ervandovna Balasanyanın ən yaxın günlərdə Azərbaycan vətəndaşlığını bərpa etmək üçün sənədlərini alacağı da bildirilir. Hətta məlum olub ki, Balasanyanın Azərbaycanda qohumları da yaşayır və bu “haxçiy”i bunlar Ermənistandan Gürcüstana keçirərək Azərbaycana gətiriblər. Deməli bizim xüsusi xidmət orqanlarımızın başları müxalifətçi ovuna qarışdığı bir zamanda Azərbaycanda yaşayan ermənilərin Ermənistanla çox geniş əlaqələri mövcud olubdur. Ən dəhşətlisi də odur ki, bu erməni qadınının İki qızı uzun müddətdir ki, uşaq bağçasında tərbiyəçi işləyir, Azərbaycan Türklərinin övladlarına “tərbiyə” verir. Erməni tərbiyəsi alan Azərbaycanlı uzağı Lələtəpəyə qədər gedə bilər, ondan artıq mümkün deyil, bəylər! Gələcəyimizi ermənilər yetişdirir!

Azərbaycanda adı jurnalist olub, məmurların süfrələrinin qır-qırıntıları ilə dolanan bəzi hissiyatsızlar artıq Lida Balasanyanı “Lida nənə” adlandırmağa başlayıblar. “Lida nənə”lərinin qohumları bildiriblər ki, Azərbaycan dövləti Lida Balasanyanın Bakıya gətirilməsində onlara dəstək verib, bu işdə kömək göstəriblər.

HAKİMİYYƏT ƏSİRLİKDƏ OLAN DİLQƏMİ, ŞAHBAZI GƏTİRMƏK ƏVƏZİNƏ, NƏŞİ HƏLƏ DƏ ERMƏNİLƏRDƏ OLAN ƏSGƏRİMİZİN MEYİDİNİN QAYTARMAQ ƏVƏZİNƏ AZƏRBAYCANA ERMƏNİ DAŞIYIR!

Erməni qızı Sevil Həsənova nənələrinin Bakıya gəlişindən şad olduqlarını deyərək bildirib ki, ”Tezliklə Lidanın nəticələri də Londondan Bakıya gələcək. Pasporta gəldikdə biz artıq vətəndaşlığın bərpası üçün ərizə vermişik”. Məlum, hələ dalı gəlir, yəqin Bakının mərkəzində olan hündürmərtəbəli binalardan onlara mənzillər də ayrılıb. GÖRƏSƏN BAKIYA GƏLƏN ERMƏNİLƏR İŞIQPULU, QAZPULU VERƏCƏKLƏR?!

Bakini gəzən Eynullanın “Lida nənə”si İrəvanda çoxlu Bakı erməniləri yaşadığını və onların da Bakıya dönmə arzularının olduğunu deyib. Azərbaycanın muzdu mətbuatının “Lida Nənə”ləri Azərbaycan xalqının dözümlü xalq olduğunu bir daha bizə xatırladıb…

Ermənilərin Bakıya daşınılması siyasətini həyata keçirən eynullalar və onların havadarları Azərbaycana ən böyük xəyanəti yaşadırlar. Torpaqlarımızın hələ də işğalda olduğu bir zamanda Bakıya erməni daşınmalarına göz yuman təhlükəsizlik orqanlarımız qəflət yuxusuna gediblər. Bakıda yaşayan ermənilərin hər zaman Ermənistanla əlaqələri mövcud olubdur. Bu gün də elədir! Bundan da betəri bu erməni fahişələrinin Azərbaycana gətirilməsini az qala toy-bayram edənlər bu torpaq üçün qanlarından keçənlərin ruhlarını təhqir etdiklərini heç zaman unutmasınlar!

Bu arada bir məsələ mənim üçün aydınlaşdı, mitinqlərdə qadınlarımızı düşmən kimi döyən polislərin ya qanları qarışıqdır, ya da baxçada işləyən erməni qızlarından tərbiyə alıblar.