Göz dəymək xurafatdırmı?

Göz dəymək – hələ qədim zamanlardan insanların etiqad bəslədiyi mövzulardandır. Adətən pis gözləri dəf etmək üçün bir işi görən zaman “Maşaallah” deyərlər. (Tebyan)

Bəs göz dəymək nədir?

Göz dəymək odur ki, paxıl, pis niyyətli bir insanın gözündən sənə ziyan dəysin. Belə güman olunur ki, insan gözündən başqasına ziyan dəyə bilir.

Əqli cəhətdən göz dəymək mümkün olan bir şeydir. Bu gün alimlərin bir çoxu bu fikirdədir ki, bəzi gözlərdə xüsusi sahə yaratmaq qabiliyyəti vardır ki, bəzi predmetlərə təsir edə bilir. Hətta təmrin edərək onu inkişaf etdirmək olar. Belə insanlara şahid olanlar çoxdur və onlar nəql edirlər ki, bu insanlar gözlərinin vasitəsilə heyvanı və ya insanı əldən sala bilirlər. Bəzi hədislərimiz də göz dəyməsini təsdiq edir.

Əsma binti Əmis Peyğəmbərin (s) xidmətinə gedir və deyir: “Bəzən Cəfərin övladlarına göz dəyir. Onlar üçün “rəqiyyə” götürümmü?”. (“Rəqiyyə” – göz dəyməsinə qarşı olan duadır). Həzrət Peyğəmbər (s) buyurur: “Bəli, maneəsi yoxdur. Əgər bir şey qəza və qədəri qabaqlaya bilirsə, bu, göz dəyməkdir”.

Başqa bir hədisdə oxuyuruq ki, Əmirəl-mömin (ə) buyurur: “Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün “rəqiyyə” götürmüşdü. Sonra bizə baxıb buyurmuşdu: “Həzrət İbrahim (ə) Həzrət İsmayillə (ə) bağlı bu cür tilsim qırmışdı””.

Lakin bu, qətiyyən o anlama gəlmir ki, göz dəyməsinin qarşısını almaq üçün xürafi əməllərə də əl atılsın. Bu, dinin əleyhinə olar və bəzi zəif imanlı insanlarda şəkk-şübhə yaradar.

Beləliklə deyə bilərik ki, göz dəymək xurafat deyildir, bir həqiqətdir. Fisolofların və din alimlərinin bir çoxu onu həqiqət kimi qəbul edirlər. Quranın iki surəsi buna işarə edir: “Qələm” 51 və “Yusif” 67.

Bundan başqa, göz dəyməsinin qarşısını ala bilən çox sayda dualar da gəlib çatmışdır ki, amanda qalmaq üçün tövsiyə olunur. Adətən əksər evlərin divarına “Qələm” surəsinin 51-ci ayəsini asılmış görmək olar ki, göz dəyməsinin qarşısını alır.milli.az

Facebook Comments