Gömrük prosedurlarının müddəti azalsa, dünya iqtisadiyyatı 200 milyard dollar arta bilər

Dövlət Gömrük Komitəsi (DGK) ticarət proseslərinin rəqəmsallaşdırılması və gömrük nəzarətinin rəsmiləşdirilməsi sisteminin təkmilləşdirilməsi istiqamətində fəal iş aparır.

Trend-in məlumatına görə, bunu Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bir sıra iqtisadçı ekspertlərin fikrincə, gömrük prosedurlarının keçilmə müddəti azalsa, dünya iqtisadiyyatı ildə 100-200 milyard dollar artacaq.

Onun sözlərinə görə, Azərbaycanda bu fakt nəzərə alınır və gömrük rəsmiləşdirilməsi müddətinin azaldılması üzrə iş aparılır.

Sozcu.az

Facebook Comments