Gizli toplantı: ABŞ-ın müsəlman dövlətini yox edəcək planı…

İsveçrənin Montre (Montrö) şəhərində toplanan beynəlxalq məsələlərin gizli müzakirə edildiyi qeyri-formal toplantı – Bildenberq Klubunun ənənəvi iclası başa çatıb.

Sozcu.az xəbər verir ki, toplantının gündəmində Çin, Rusiya, Avropa, Breksit, süni intellket, kosmosun əhəmiyyəti və kiber-təhdidlərlə yanaşı, “kapitalizmin gələcəyi” məsələsi dayanıb.

Məlumata görə, toplantıda ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner, həmçinin ABŞ Dövlət katibi Mayk Pompeonun iştirakı “Əsl gündəm Yaxın Şərqdir?” sualının yaranmasına səbəb olub. Buna səbəbin isə Pompeo və Kuşnerin son dövrdə İran və Fələstin məsələsində ABŞ siyasətini idarə edən şəxslərdən olması göstərilib.

Kuşnerin Ramazan ayından sonra Fələstin dövlətini yoxa çıxara biləcək “Yüzilliyin layihəsi”ni açıqlaması gözlənilir. Onun bu məsələni Bildenberq Klubunda müzakirə etməsi istisna edilmir.

Toplantının iştirakçıları arasında adı qeyd olunmayan Pompeonun sürpriz bir şəkildə Montre şəhərinə gəlməsi isə “İrana qarşı təzyiq siyasəti müzakirə edildi?” sualının yaranmasına gətirib çıxarıb.

Toplantıda həmçinin Trampın ən böyük məsləhətçilərindən sayılan Henri Kissincer və NATO Baş katibi Yens Stoltenberq də iştirak edib.

Qeyd edək ki, Bilderberq Klubu, Bilderberq qrupu, Bilderberq konfransı Bilderberq toplantıları – dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağıdır. Klubun mənzil-qərargahı Karnegi Fondunun Nyu York ofisində yerləşir./Axar.az/