Girov qoyulmasına baxmayaraq Abbas Lisani məzuniyyətə buraxılmır

Azərbaycan tarix və mədəniyyətinin tədqiqatçısı Məhəmməd Rəhmanifər “İran international” televizya kanalına müsahibə verib.

O, Ərdəbil zindanında koronovirusun yayılması, buna görə Kazim İbadi adlı məhbusun dünyasını dəyişməsi və tanınmış azərbaycanlı siyasi məhbus Abbas Lisaninin durumu haqqında danışıb.

Azərbaycanlı siyasi fəal müsahibəsində bildirib ki, məsul şəxslərin ardıcıl yalan danışmalarına görə, kimsə Ərdəbil əyalətinin həbsxanalar rəisinin zindanlarda koronovirusun yayılmaması barədə dediklərinə inanmır.

30 Noyabr 2020-ci ildə Ərdəbil zindanında saxlanılan bir sıra məhbuslar ailələri ilə telefon danışığında həbsxanada koronovirusun yayılması barədə xəbər vermişdilər.

Məhbusların ailələrinin fəaliyyəti nəticəsində fəallar və insan haqları təşkilatları Ərdəbil həbsxanasının səhiyyə məsələlərini mətbuatın gündəminə gətirməyə nail oldular.
Bunun ardınca 2020-ci il dekabr ayının 7-də Ərdəbil əyalətinin həbsxanalar rəisi açıqlama verərək ərdəbil zindanında koronovirusun yayılması xəbərlərini təkzib etdi. O, bunu mətbuatın əks-təbliğatı adlandırdı.

Məhəmməd Rəhmanifər “İran İnternational” televizyasına müsahibəsində deyib:
Girov qoyulmasına baxmayaraq Abbas Lisani bu günə kimi məzuniyyətə buraxılmayıb.

Facebook Comments