“Geri çəkilənləri, qaçanları ağır cəzalandıracağıq…”- Paşinyan xalqını təhdid etdi…

Azərbaycan qarşısında biabırçı vəziyyətə düşən Ermənistanın Baş naziri bu dəfə erməni xalqını təhdid edib.

Sozcu.az xəbər verir ki, o, açıqlamasında “ölüm-dirim müharibəsindəyik, heç kim geri çəkilə bilməz. Geri çəkilənləri və qaçanları ağır cəzalandıracağıq”-deyib. Sentyabrın 27-dən isə Azərbaycan Ordusu başladığı əks-hücum əməliyyatını davam etdirir və irəliləyir.

Paşinyan bu dəfə yenə qardaş Türkiyəyə iftira atıb: “Türkiyə bizə qarşı görülməmiş silahlarla, tank, top, helikopterlərlə hücum edir. Biz bu silahlara qarşı döyüşürük. Qarabağda hər bir ağac üçün döyüşəcəyik”-deyə o, bildirib.

Özünə qoyulmayan “təlxək” hələ üstəlik xaricdə yaşayan ermənilərdən də kömək istəyib: “Ey erməni xalqı, get döyüş və zəfərini elan et! Dünyanın hər yerində yaşayan ermənilərin də yardımına ehtiyacımız var. Döyüşmək üçün kifayət qədər silahımız var, Qarabağı itirməyi gözə ala bilmərik” -deyərək Paşinyan yenə iddialı danışıb.

Qeyd edək ki, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarının başladığı bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd, Murov Dağ və digər strateji yüksəklikləri işğaldan azad edib.moderator

Facebook Comments