General Axundov vəzifədən azad edildi

Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.

Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Sənədə görə, ləğv edilmiş XDMX-nin əsasında aşağıdakı dövlət orqanları yaradılıb:
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Yaradılan qurumlar müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Prezidentə təqdim etməlidir.

XDMX-nin rəisi general-polkovnik Vaqif Axundovdur. O, 2003-cü ildən bu vəzifəni daşıyır.

Facebook Comments