Gəncədə Şəhidimizin dəfin mərasimi keçirilir

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri, Seymur Ələsgərovun Gəncə şəhərində dəfin mərasimi keçirilir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Ələsgərov Seymur Eldar oğlunun dəfin mərasimi keçirilir. Mərasimdə yaxınları, komandirləri, döyüş yoldaşları, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, idarə rəhbərləri, polis və prakurorluq əməkdaşları, həmçinin şəhər sakinləri iştirak edir.

Qeyd edək ki, şəhid S.Ələsgərov ailəli olub və 9 aylıq oğlu var.

Şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfin ediləcək.

Sozcu.az

Facebook Comments